Monteneqronun Budva şəhərində “Qərbi Balkanlarda və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.
Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova tədbirdə AŞPA-nı təmsil edib.
Konfransın sessiyasına moderatorluq edən Milli Məclisin deputatı ölkəmizdə gender məsələləri, eləcə də bu sahədə qəbul olunan qanunlar haqqında iştirakçılara ətraflı məlumat verib.
AŞPA-nın və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə Monteneqronun əmək və sosial rifah naziri Kemal Puruşiç, insan hüquqları və azlıqların hüquqları naziri Mehmet Zenka, Monteneqro parlamentinin sədri İvan Brajovic, Albaniyanın sosial rifah və gənclər naziri Blendi Klosi, Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar üzrə naziri Semiha Borovac, Türkiyənin qadın və kişilər üçün bərabər imkanlar üzrə komitəsinin sədri Radiye Sezer Katırcıoğlu çıxış ediblər.
Konfransın sonunda Qərbi Balkanlar və Türkiyə üçün regional gender bərabərliyi platforması üzrə birgə bəyannamə qəbul olunub.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
Executive MBA Proqramı regionda ən yaxşı MBA seçimlərindən biri hesab edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.