Milli Məclisdə yeni işçi qrupu yaradılır - Maneəni aradan qaldırmaq üçün

Milli Məclisdə yeni işçi qrupu yaradılır - Maneəni aradan qaldırmaq üçün
19 2017 16:49

Azərbaycan Milli Məclisində yeni işçi qrupu yaradılır. Bu barədə Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, işçi qrupu ölkəyə gözün buynuz qişasının və digər toxumaların gətirilməsi problemlərinin həlli ilə bağlı müvafiq araşdırmalar aparacaq:

“Bununla bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov göstəriş verib. Yəqin, gələn həftə Milli Məclisin adından Gömrük Komitəsinə və Səhiyyə Nazirliyinə məktub göndərəcəyik ki, onlar öz işçi qrupunda təmsil olunmaq üçün nümayəndələrini müəyyən etsinlər. Ondan sonra Səhiyyə komitəsinin deputatları və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin ekspertləri də daxil olmaqla işçi qrupu yaradılacaq”.

Millət vəkili vurğulayıb ki, işçi qrupu bu gün ölkəyə xaricdən gözün buynuz qişasının və digər toxumaların gətirilməsinə mane olan amilləri və bu amillərin aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu araşdıracaq:

“Əgər lazım olsa qanunvericiliyə əlavə və dəyişikliklər olacaq və ya hökumətin müvafiq qərarlarına əlavə və dəyişikliklərin edilməsi tövsiyə olunacaq”.


17 İyul 2025
Cəmiyyət

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

17 İyul 2025
Cəmiyyət

Bakıda ötən ay 435 mindən çox insan mikromobillik vasitələrindən istifadə edib

Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.

17 İyul 2025
Cəmiyyət

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.  

17 İyul 2025
Cəmiyyət

Sabah çimərliklərdə suyun temperaturu neçə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.