Milad gecəsi Moskvada son 120 ilin ən soyuq gecəsi olub

Milad gecəsi Moskvada son 120 ilin ən soyuq gecəsi olub
07 2017 14:22

Bu ilin Milad gecəsi Moskvada nəinki bu qışın ən soyuq gecəsi müşahidə olunub, həmçinin meteoroloji müşahidələrin son 120 ilinin rekordunu müəyyənləşdirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın paytaxtında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində termometr mənfi 29,9 dərəcəni göstərib. Moskva ətrafında – Klin və Dimitrov şəhərlərində havanın hərarəti 33,4 dərəcəyə, Volokolamsk şəhərində isə 32,2 dərəcəyə qədər enib.

Buna baxmayaraq, bu gecənin temperatur minimumu ümumi rekordu yeniləyə bilməyib. Belə ki, 120 il bundan əvvəl, 1881-ci ildə Moskvada 35 dərəcəyə qədər şaxta olmuşdu. Ən isti Milad gecəsi isə 2007-ci ildə qeydə alınıb – müsbət 3,5 dərəcə.

Meteoroloqların məlumatına əsasən, bazar günündən etibarən paytaxtda şaxta bir qədər azalacaq başlayacaq və bu tendensiya növbəti həftə boyu davam edəcək.


8 İyun 2023
Dünya

Zelenski su altında qalmış ərazilərə səfər edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində su altında qalan ərazilərə səfər edib.

8 İyun 2023
Dünya

Kanadada meşə yanğınları nəticəsində 26 000 nəfər təxliyə edilib

Kanadada meşə yanğını baş verən ərazidən və ətraf rayonlardan 26 000 nəfər təxliyə edilib.

8 İyun 2023
Dünya

Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uilyam Rutoya təqdim edib.

8 İyun 2023
Dünya

Kuril adalarında vulkan püskürdü - VİDEO

Kuril adalarında yerləşən Ebeko vulkanı püskürərək 2,5 kilometr hündürlüyə kül atıb.