Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev Prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu təyinatadək təhsil naziri Mikayıl Cabbarovun iki müavini - Ceyhun Bayramov və Firudin Qurbanov - olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.