Sabahdan etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ATV.az-a verdiyi məlumata görə, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
Qeyd: 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır
Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.