Metronun “20 Yanvar” stansiyasında qatar sərnişini vurdu – FOTO + YENİLƏNİB

Metronun “20 Yanvar” stansiyasında qatar sərnişini vurdu – FOTO + YENİLƏNİB
04 2017 15:46

Bu gün Bakı metrosunda təhlükəsizlik xəttini keçdiyi üçün qatarın zərbəsi ilə yaralanmış qadın 1 saylı Şəhər Klinik Xəstəxanasna yerləşdirilib.

REALPRESS.Az xəbər verir ki, xəstəxanın baş həkimi Ədalət Dadaşov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Adıgözəlova Rəfiqə Zeynəlabdin qızına “qapalı kəllə-beyn travması, topuğun sınığı” diaqnozu təyin edilib və xəstəxanaın reanimasiya şöbəsində yerləşdirilib.

Baş həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilsə də, həyatı təhlükəsi yoxdur.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

13:15

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

REALPRESS.Az axar.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərdən biri məlumat verib.

Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

 


24 Yan 2025
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

24 Yan 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 25.01.2025

Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

24 Yan 2025
Cəmiyyət

"Azeri Light" markalı neft ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.

24 Yan 2025
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Yan 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 24.01.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.