Məşhur futbolçular, ağlasılmaz maaşlar... yeni “Futbol Eldoradosu”nda

Məşhur futbolçular, ağlasılmaz maaşlar... yeni “Futbol Eldoradosu”nda
05 2017 11:30

Ötən ildən başlayaraq çinli iş adamları ölkədə futbolu inkişaf etdirmək məqsədilə idmanın bu növünə külli miqdarda pul xərcləyirlər. Çin artıq dünyada yeni “Futbol Eldoradosu” kimi tanınır. Hazırda bu ölkədə dünyanın ən məşhur futbolçuları top qovurlar. Onların aldıqları maaşlar isə ağlasılmaz rəqəmlərlə ölçülür.

AZƏRTAC hazırda Çində top qovan və dünyanın ən çox qazanan məşhur futbolçularının ilk beşliyini təqdim edir:

Karlos Tevez (illik 38 milyon avro). Karyerasının son illərini yaşayan futbolçu Çindən gələn təklifə müsbət cavab verməklə ildə 38 milyon və yaxud ayda 3,2 milyon, həftədə 735 min, gündə 105 min, saatda 4400, dəqiqədə 73 və saniyədə 1,2 avro qazanır.

Ezekel Lavezzi (illik 26 milyon avro). “Napoli” və “PSJ”nin keçmiş üzvü yayda Milanın “İnter” klubuna transfer edilməyə yaxın olsa da, sonda Çindən gələn cəlbedici təkliflə razılaşdı.

Oskar (illik 25 milyon avro). Braziliya millisindəki yerini riskə atan “Çelsi”nin sabiq futbolçusu keçmiş komandasına 70 milyon avro qazandırdı.

Halk (illik 20 milyon avro). 2012-ci ildə “Portu”dan “Zenit”ə transfer olunan futbolçunu daha çox Rusiya çempionatının “korladığı” istedad da hesab edirlər. Onun Çin klubuna keçidi “Zenit” komandasına 55 milyon avro xeyir verib.

Cervinyo (illik 18 milyon avro). İtaliyanın “Roma” klubunda üç mövsüm keçirdikdən sonra Cervinyo da bir sıra digər futbolçular kimi Çinə üz tutdu. Bununla da Kot-d'İvuar millisinin üzvü dünyada ən çox maaş alan afrikalı futbolçu oldu. Keçmiş “Roma”lı keçirdiyi hər oyuna görə 58 min, vurduğu hər qola görə isə 150 min avro qazanacaq.


1 İyun 2023
İdman

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

31 May 2023
İdman

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

31 May 2023
İdman

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.

26 May 2023
İdman

Boksçumuz Polşada bürünc medal qazandı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.

26 May 2023
İdman

Azərbaycanın daha üç cüdoçusu Avstriyada mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.