Meşələrin mühafizə vəziyyəti araşdırılıb

Meşələrin mühafizə vəziyyəti araşdırılıb
07 2017 16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar aylarında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Masallı, Zaqatala və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Yol verilən nöqsanlar Meşələrin İnkişafı Departamentində həmin müəssisələrin cavabdeh meşə mühafizə işçilərinin iştirakı ilə müzakirə edilib və müvafiq tədbirlər görülüb.

Belə ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, müəssisənin Qəriblər meşəbəyliyinin meşəbəyisi və 5 meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Digər cavabdeh meşə mühafizə işçiləri barəsində intizam tənbehi tədbirləri görülüb.

Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin meşəbəyisi və meşəbəyi köməkçisi, həmçinin 6 meşə gözətçisi işdən azad olunub. Müəssisənin direktoru və digər cavabdeh meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.

Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də cavabdeh şəxslər barəsində qanunamüvafiq intizam tənbehi tədbirləri görülüb. Müəssisənin direktoru, baş meşəbəyi, meşəbəyi köməkçisi və 4 gözətçi tutduqları vəzifədən azad olunublar. Bu istiqamətdə araşdırmalar digər müəssisələrdə də aparılır.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.