Mərkəzi Elmi Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Mərkəzi Elmi Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
08 Dek 2016 17:27

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev ilə bağlı MEK-ə hədiyyə edilmiş kitabların sərgisi ilə tanış olublar.

MEK-in direktoru Leyla İmanova Ulu Öndərin hakimiyyətdə olduğu illərdə kitabxananın əsaslı inkişaf yolundan danışıb. O deyib: “Millətin portreti – onun dəyər verdiyi, mədəni və tarixi abidələr şəklində qoruyub saxladığı, öyrəndiyi və yaşatdığı milli və dünya irsidir. Bu irsin əsas, intellektual yüklü hissəsi isə kitabxanalarda saxlanılır. Bugünkü tədbirin məqsədi Mərkəzi Elmi Kitabxananın nümunəsində 1993-cü ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqətin, verdiyi dəyərin və əməli qərarların dayanıqlı və davamlı olmasını nümayiş etdirməkdir”.

MEK-in direktoru qeyd edib ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, öz dilinə, ədəbiyyatına sahib çıxmaq, bununla da əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi. Bu baxımdan MEK-in hazırda üzərində çalışdığı MRY, Vikipediya və VİS layihələri, həyata keçirdiyi elektron kataloqlaşdırma, qanunvericiliyə təkliflər və çoxlu sayda başqa təşəbbüslər MEK-ə oxucu icmasını formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilmək imkanı verir.

Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən MEK-in direktoru bildirib ki, Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ənənəsi, xalqına, tarixinə, mədəniyyətinə olan məhəbbəti və fəaliyyəti nəsildən-nəslə ötürülən ənənə formasını alıb.

Tanınmış ziyalıların, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı təqdimat olub.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.