Mərkəzi yolların bağlanması nəqliyyatın hərəkətini iflic edib

Mərkəzi yolların bağlanması nəqliyyatın hərəkətini iflic edib
04 2017 11:32

Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət ciddi tıxaca səbəb olub.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev, Babək prospektlərində, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və bir sıra digər küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Ötən gün “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

Məhdudlaşdırma aprel ayının 3-dən 4-ə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Qurum alternativ olaraq sürücülərə Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadəni tövsiyə edib.

Bu gün saat 09:00 olan məlumata əsasən, təmir işləri başa çatmayıb. Belə ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə gedən yol (Babək prospektinə və Sergey Senyuşkin küçəsinə aparan körpünün sağ və solu - red.) bağlıdır.

Yusif Səfərov küçəsinə daxil olmaq istəyən sürücüləri “Azəravtoyol” ASC tərəfindən quraşdırılan “Müvəqqəti narahatlığa görə üzr istəyirik” yazısı olan plakat qarşılayır. Sürücülər məcburən yuxarıda qeyd edilən alternativ yollara üz tutur. Bu yolların ötürücülük qabiliyyəti isə tıxaca tab gətirmək iqtidarında deyil. Dövlət Yol Polisinin ərazidə işləyən inspektorlarının hərəkəti tənzimləmək cəhdləri də tıxacın azalmasına ciddi təsir etmir.


12 İyun 2026
Cəmiyyət

Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç olub

Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç olub.

12 İyun 2026
Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

12 İyun 2026
Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq - 13.06.2026

İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

12 İyun 2026
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.