Yanvarın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100253S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.