Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün keçirilən növbəti depozit hərracında tələb 41,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Bundan öncə AMB bəyan edib ki, martın 6-da keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.