Çinin Pançjihua şəhərinin meri və Kommunist partiyasının şəhər komitəsinin katibi hücuma məruz qalıblar.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, onlar odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Məlumatda qeyd olunur ki, bu şəxslərə Pançjihua şəhərinin torpaq istifadəsi və təbii resurslar idarəsinin rəhbəri hücum edib. Hücumdan sonra onun intihar etdiyi bildirilib.
Hücum sərgi kompleksindəki görüş zamanı baş verib. Yaralıların həyatı üçün təhlükənin olmadığı məlumat verilir.
Hindistanın Maharaştra ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 13 nəfər ölüb.
Liviya Milli Ordusu Çad Respublikası ilə həmsərhəd olan Əl-Kufra bölgəsində döyüş hazırlığı vəziyyətinə gətirilib.