Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqları qiymətləndiriləcək

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqları qiymətləndiriləcək
15 Dek 2016 10:21

Dekabrın 18-də Azərbaycan Texniki Universitetində Bakının məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qiymətləndirmə bu qurumun məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz” MMC tərəfindən aparılacaq.

Qiymətləndirmənin keçirilməsinin məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı faydalanmaqdır.

Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək. Birinci mərhələdə iştirakçılara 110 sual təqdim edilməklə onların informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İmtahanın müddəti iki saat müəyyənləşdirilib.

İkinci mərhələdə isə iştirakçıların praktik bacarıqları müəyyən olunacaq.


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.