Meksikanın Akapulko şəhərində bir neçə silahlı ərzaq bazarında insanlara atəş açıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlıların insanlara atəş açması nəticəsində 6 nəfər həlak olub.
Qerrero ştatının təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, beş nəfər hadisə yerində, daha bir nəfər isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.