Meksikanın Oaxaka ştatı sahillərində Sakit okean sularında 2 tona yaxın kokain müsadirə edilib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Kokain yüklənmiş 2 gəmi saxlanılıb. Gəmilərdən birinin heyəti hadisə yerini tərk etməyə müvəffəq olub, digər gəmidə isə 5 nəfər həbs edilib.
Qeyd edək ki, Mərkəzi Amerika və Meksikanın ərazisində kokain yetişmir, bu ərazi isə meksikalı narkotacirlər tərəfindən kokain ötürülməsi üçün geniş istifadə olunur.
"Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq".
"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
Donetsk vilayətində rusiyalı diversantlar məhv edilib.