ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar inşa edilməsi haqqında sərəncamı təsdiq etdikdən sonra, Meksikada ABŞ mənşəli mallar və xidmətlər boykot ediləcək.
Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, artıq "Twitter" və digər sosial şəbəkələrdə #AdiosProductosGringos haşteqi ilə bu cür çağırışlara start verilib.
Sosial şəbəkələrdə meksikalıları "McDonald's", "Walmart", "Coca-Cola" və digər ABŞ şirkətlərindən imtina etməyə çağırıblar.
Artıq ABŞ "Starbucks" qəhvəxanalar şəbəkəsi bu etiraza öz münasibətini bildirib. "Starbucks" Meksika iqtisadiyyatına 7 milyon dollar yatıraraq 7 min iş yeri açdığını xatırladıb.
Yeni seçilmiş prezident Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Meksika Prezidenti Enrike Penya 25 yanvarda Donald Trampın sözügedən sərəncamı imzaladıqdan sonra, ABŞ-a planlaşdırılmış səfərinə imkan verməyib.
Mariupolun müdafiəçisi Dmitri Kozatski dağıdılmış “Azovstal”dan bir neçə kadr paylaşıb. Fotolarda bu müddət ərzində Rusiya qoşunlarının hücumuna məruz qalan zavodun bombalanmasının nəticələrini görmək olar.
“Müdafiə sənayesi sahəsində nailiyyətlərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan “Pakistan MİLGEM” layihəsini daha böyük əməkdaşlığın müjdəçisi kimi qəbul edirəm”.
Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.