Mehriban Əliyevanın evləndirdiyi gənclər: Evimiz, işimiz var

Mehriban Əliyevanın evləndirdiyi gənclər: Evimiz, işimiz var
06 2017 11:43

Valideynlərindən məhrum olan cütlüyə dövlət sahib çıxdı. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yasəmən və İbrahim adlı gənclərin möhtəşəm toy mərasimi keçirilib.

realpress  xəbər verir ki, “Xəzər Xəbər” kollektivi bu gün gənc ailənin evində qonaq olub.

Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə təmin edilib.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb. Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb.

Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.


7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

7 İyun 2023
Siyasət

Mikayıl Cabbarov: “Regionlar üzrə ümumi məhsul buraxılışı 13% artıb” - FOTO

“Bu ilin birinci rübü ərzində Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub”.

7 İyun 2023
Siyasət

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.

7 İyun 2023
Siyasət

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Poudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.