Mehriban Əliyeva: Çalışırdım ki, sizin etimadınızı doğruldum

Mehriban Əliyeva: Çalışırdım ki, sizin etimadınızı doğruldum
02 2017 09:11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub.

Oxu.Az xəbər verir ki, xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir.

Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbdə də yaradılan "Sağlam təhsil sinfi" ilə yaxından tanış oldu, aparılan tədris üsulları ilə maraqlandı.

Məlumat verildi ki, burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib. Bu isə öz növbəsində həmin sinifdə təhsil alan uşaqların müxtəlif yarışlarda iştirakını təmin edir. Ümumilikdə "Sağlam təhsil sinifləri" ölkəmizin 135 məktəbində fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti "Sağlam təhsil sinfi"ndə təhsil alan uşaqlara uğurlar arzuladı.

Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 101 nəfərdən ibarət işçi heyət məşğul olur. İnternat məktəbinin maddi-texniki bazası nəzərə alınaraq 2008-2009-cu tədris ilindən əmək dərslərində "Xalçaçılıq texnologiyası" fənni tədris edilir. İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. İnternat məktəbinin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu internat məktəbində Fondun təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra 2014-cü il sentyabrın 15-də müəssisənin açılışında iştirak edib. Yenidənqurma işlərindən sonra məktəb kompleksində 4 korpus, 3 açıq tipli idman stadionu, 1 qapalı idman zalı istifadəyə verilib. Üçmərtəbəli böyük tədris korpusu, ikimərtəbəli tədris-istirahət korpusu, ikimərtəbəli məişət korpusu və birmərtəbəli yardımçı korpus məktəblilərin təhsil və müalicəsinə xidmət edir.

İnternat məktəbi ilə tanışlıqdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşdü.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qəsəbə sakinlərini salamlayaraq deyib:

“Sizi görməyə çox şadam. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, bizim görüşlərimiz davam edir. Bildiyiniz kimi, mən yeni vəzifəyə təyin edildiyimə görə Azərbaycan Respublikasının Milli Məclisində öz fəaliyyətimi dayandırmalıyam.

Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.

Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın. İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik.

Bu illər mənim üçün çox dəyərlidir. Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm. Burada çox doğma və əziz bir ab-hava yaranmışdır. Buna görə mən sizə dərin minnətdarlığımı bildirirəm”.

Sonda xatirə şəkli çəkdirilib.

 


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.