Mehriban Əliyeva Binədə yeni istifadəyə verilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub (FOTO)

Mehriban Əliyeva Binədə yeni istifadəyə verilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub (FOTO)
27 Dek 2016 08:48

Dekabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Körpələr evi-uşaq bağçasının binasının tikintisinə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə başlanılıb. Tikinti işləri bu ilin avqust ayında tam yekunlaşıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış oldu.

Azərbaycanın birinci xanımına körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yaşayış evlərinin sıx yerləşdiyi qəsəbənin bu hissəsində əvvəllər uşaq bağçası olmayıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir. Müəssisə uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib.

Heydər Əliyev Fondunun prezidenti uşaq bağçası-körpələr evinin balaca sakinləri ilə görüşdü, onlarla söhbət etdi, xatirə şəkli çəkdirdi.

Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Bağça müasir yanğından mühafizə və videomüşahidə sistemləri ilə təchiz edilib.

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilib, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşib. Binə qəsəbəsində inşa edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.

Körpələr evi-uşaq bağçası ilə tanış olan Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.





24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.