Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.
Bununla bağlı Rusiya baş naziri müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılır.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.