Matteo Renzi avro və bankları çökdürdü

Matteo Renzi avro və bankları çökdürdü
06 Dek 2016 09:32

Bank sektoru İtaliyada keçirilən referendumun baş tutmaması və ölkənin baş naziri Matteo Renzinin istefa verməsinə özünəməxsus reaksiya verdi. Belə ki, kredit təşkilatlarının səhmləri endi. Avro da ucuzlaşdı. İnvestorlar hələ ki, optimist olaraq qalmağa davam edirlər və ümid edirlər ki, İtaliyada vaxtından əvvəl seçkilərə ehtiyac qalmayacaq.

Matteo Renzinin vəzifəsindən getməsi o deməkdir ki, indi İtaliyada çox güman ki, müvəqqəti hökumət təşkil ediləcək, yeni parlament seçkiləri isə artıq növbəti ildə baş tuta bilər.

Yeni hökumət İtaliyanın 1999-cu ildə avrozonaya daxil olduğu vaxtdan mövcud olan eyni problemləri həll etməli olacaq. ÜDM həcmində durğunluq yaşanır, dövlət borcu isə hazırda 133% təşkil edir. Qısası, bazarın əksər iştirakçıları vaxtından öncə təşkil ediləcək seçkiləri gözləmir.

Referendumun nəticələri elan edildikdən sonra italyan banklarının səhmləri demək olar ki, 4% itirdi. İtalyanın fond birjasının indeksi FTSE Mib açılışda 1,85% itirib. Index FTSE Italia All-Share Banks Index isə 3,93%-ə enib.

Unicredit-in səhmləri 5% ucuzlaraq, 1 səhm üçün 2 avroya enib. Bundan əlavə, Banco Popolare – 7,5%, Banco Milano — 5,8%, Intesa Sanpaolo — 4,8%, Mediobanca isə 4% itirib.

Daha öncədən də verilən proqnozlara əsasən, ölkənin baş nazirinin bu uğursuzluğu bank sektoru üçün əlverişli deyil.

Lakin bəzi sahələr referendumun nəticələrinə müsbət şəkildə reaksiya verib. Məsələn, yerli lüks brendlər üçün konstitusiya ilə bağlı referendumun uğursuzluğu səhmlərin dəyərinin artması ilə nəticələnib. Ümumilikdə, Luxottica eynək istehsalçı şirkətinin səhmləri 2,29% bahalaşıb. Kiçik də, olsa Salvatore Ferragamo brendinin səhmlərinin dəyərində də artım qeydə alınıb (0,97%).

Lüks brendlərlə yanaşı, italyan avtomobil istehsalçıları və bəzi italyan futbol klublarının da səhmlərinin dəyəri artıb. Belə ki, Ferrari şirkətinin səhmləri 1,97%, Fiat Chrysler Automobiles (Maserati, Lancia, Fiat, Alfa Romeo və s. markaların sahibidir)-ın səhmləri isə 1,8% yüksəlib.

Futbol klublarına gəldikdə isə, Roma komandasının səhmləri 3,24%, Yuventusun səhmləri 0,63%, Latzio klubunun səhmləri isə 1,32% dəyər qazanıb.


15 İyul 2025
Dünya

EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.

15 İyul 2025
Dünya

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

15 İyul 2025
Dünya

Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb

Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.

15 İyul 2025
Dünya

İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir

İsrail Müdafiə Ordusu Livanın şimal-şərqində Bekaa vadisində "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirir.

15 İyul 2025
Dünya

İraqda neft yatağında partlayış olub

İraqda neft yatağında partlayış baş verib.