Martda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 16,4 faiz artıb

Martda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 16,4 faiz artıb
08 2017 17:50

2017-ci ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 202 milyon 177,30 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 28 milyon 523,82 min manat və ya 16,4 faiz artıb. Bu ilin fevral ayı ilə müqayisədə isə DGK xətti ilə martda dövlət büdcəsinə köçürülən məbləğ 7 milyon 238,4 min manat və ya 3,7 faiz çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 55 milyon 49,40 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 139 milyon 414,20 min manat, aksizlər üzrə 5 milyon 20,50 min manat, yol vergisi üzrə isə 2 milyon 693,20 min manat təşkil edib.

 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.