PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Münxenin “Bavariya” klubunun transfer marağına düşüb.
AZƏRTAC “Sky Sport İtalia”ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə şəxsən baş məşqçi Karlo Ançelotti yaxından maraqlanır.
Mənbənin məlumatına görə, söhbət Verrattinin hazırkı qış transfer pəncərəsində deyil, mövsümün son keçidindən gedir. Sövdələşmə müsbət nəticə verəcəyi halda, Verratti mövsümün sonunda Münxenə köçməli olacaq.
Paris klubunun heyətində 14 matçda iki qol vuran italiyalı yarımmüdafiəçi bir məhsuldar ötürməsi ilə də yadda qalıb.
Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Biz Portuqaliyanın Maya şəhərində keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kubokunda birinci yerə köklənmişdik və bizdə hər şey alındı.