Marek Kuçinski: Polşa və Azərbaycan parlamentləri arasında əməkdaşlıq daha da inkişaf etdirilməlidir

Marek Kuçinski: Polşa və Azərbaycan parlamentləri arasında əməkdaşlıq daha da inkişaf etdirilməlidir
11 2017 17:30

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Seymin başçısı Marek Kuçinski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Seymin başçısı Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bu xüsusda parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşaya ümumilikdə 7 dəfə səfər edib və Polşanın bütün prezidentləri Bakıda olublar. M.Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. E.Məmmədyarov Seymin başçısına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.


13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.