Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib

Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
19 2017 17:17

“Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanılıb və bu siyasət il ərzində davam etdiriləcək”.

REALPRESS.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

“Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. 2017-ci ilin pul siyasətinin əsas istiqamətləri bəyanatına fikir versəniz görərsiniz ki, artıq pul bazasının həcmini hədəfləyirik. 

Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə ortamüddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub. 

Sərtlik ondan ibarətdir ki, xüsusi pul proqramı bütün emissiya kanallarını nəzarətə götürür, yəni optimal səviyyədə olur. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib. 

2016-cı ildə uçot dərəcəsi 15%-ə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən (uçot dərəcəsindən - red.) də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir”, - deyə A.Babayev bildirib.

APA-nın bank sektorundan əldə etdiyi məlumata görə, kommersiya bankları gündəlik əsasda tənzimləyicini pul qalıqları barədə məlumatlandıracaq. AMB isə bu məlumatlar əsasında müvafiq qiymətləndirmələr aparacaq.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.