Maliyyə Nazirliyi Beynəlxalq Bankın nizamnamə kapitalındakı payını artırıb

Maliyyə Nazirliyi Beynəlxalq Bankın nizamnamə kapitalındakı payını artırıb
28 2017 11:06

Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında iştirak payını 21,77 faiz artırıb.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, beləliklə, hökumətin bankın kapitalındakı payı 54,96 faizdən 76,73 faizədək artırılıb.

Payın artırılması bankın 600 milyon manat məbləğində səhmlərinin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində baş verib.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli fərmanı ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi çərçivəsində hökumət bundan sonra da banka dəstək göstərməyə davam edəcək.

Bu, Beynəlxalq Bankın problemli aktivlərini geri almaq prosesinin davam etdirilməsi, həmçinin 2016-cı ilin maliyyə hesabatlılığına əsasən kapitallaşmada yardım etmək deməkdir.

Bununla da, ABB 600 million manat dəyərində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalının 1 241 287 248,06 manatadək - 93,5 faizə qədər artırılması prosesini yekunlaşdırıb. Emissiya hər biri 0,27 manat dəyərində olmaqla 2 222 222 223 səhmə bölünüb.

Qeyd edək ki, 15 iyul 2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Bankın maliyyə vəziyyətinin bərpası məqsədilə onun problemli aktivləri "Aqrarkredit" QSC-yə keçib. Problemli kreditlərin əvəzində BOKT ABB-ni likvid vəsaitlə təmin edir. Bu günə kimi Aqrarkredit ABB-nin 10 milyard dəyərində problemli aktivlərini alıb.

  • MƏQALƏDƏ:
  •  


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.