Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli Birinci vitse-prezident. İcazə verin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edim.
Son vaxtlar Macarıstanda gördüyünüz əvəzolunmaz işlərə görə biz Sizə çox minnətdarıq. Sizin yüksək səyləriniz sayəsində kor körpələr üçün Laslo Batyani adına Roman Katolik Baxım Evində görmə qabiliyyəti zəif olan uşaqların gündəlik həyatı asanlaşmışdır. Mən çox məmnunam ki, bizim görüşmək və şəxsən bir-birimizlə tanış olmaq imkanımız olub. Əminəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini dəstəkləməyə davam edəcəksiniz.
İcazə verin, məsul dövləti vəzifənizdə Sizə ürəkdən uğurlar, daha səmərəli fəaliyyət və möhkəm cansağlığı arzulayım. Mən qəti əminəm ki, mart ayında Bakıya səfərim zamanı Sizə səmimi təbriklərimi şəxsən çatdıra biləcəyəm".
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.