Teleradio yayımçılarına lisenziyaların Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinə daxil edilməsi qaydası qüvvəyə minib.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanında dəyişikliklər edilməsi haqda fərman imzalayıb.
Fərmana əsasən, edilmiş dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərini (Teleradio yayımı fəaliyyəti, ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) MTRŞ həyata keçirəcək.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.