Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.
Trend-in məlumatına görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, siyasi partiyaların illik maliyyə hesabatının təqdim edilməsi müddəti aprelin 1-də başa çatır: “Ona görə siyasi partiyalara müraciət edirəm ki, illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu məsələlərlə beynəlxalq qurumlar da maraqlanırlar”.
M.Pənahov bildirib ki, hesabatı müəyyən vaxtda təqdim etməyən siyasi partiyalarla bağlı qanunvericilyə uyğun qaydada tədbirlər görüləcək.
Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.