MHŞT məqsədlərinin milli prioritetlərə uyğun müəyyənləşdirilməsi müzakirə olunub

MHŞT məqsədlərinin milli prioritetlərə uyğun müəyyənləşdirilməsi müzakirə olunub
21 Dek 2016 10:38

Ötən gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Dünya Bankının (DB) nümayəndələrinin iştirakı ilə keçirilən ÇQ-nin iclasında MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı DB tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilib.

İclasda, eyni zamanda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı, MHŞT-nin Azərbaycanda təsirinin təhlilinə dair şərtlər toplusu, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun olaraq müəyyənləşdirilməsi və MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi haqqında ÇQ-nin siyasəti kimi məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Dünya Bankının nümayəndələri tərəfindən ÇQ üzvləri üçün MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanmasının tətbiqinə dair seminar da keçirilib. MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.