MERLİN MONRO sindromu

MERLİN MONRO sindromu
09 2017 14:40

Kompleksler çox dayanıqlı psixoloji hal olub,insanın psixi,fiziki və sosial fərdililiyinin başqa insanlarla münasibətdə yaranan disharmoniyalarla əlaqədardır.Komplekslər uşaq yaşlarında yaranır.Hər bir insanın kompleksi vardır,əgər kimsə əksini düşünürsə bunun özü də kompleksdir.Komplekslərin geniş yayılmış növlərindən biri də natamamlıq kompleksidir.

Natamamlıq kompleksinin yaranma səbəbləri və şəxsiyyətin həyatındakı  rolunu ətraflı şəkildə öyrənən A.Adlerin fikrincə natamamlıq kompleksi normal və təbii insani hissdir və bütün komplekslər ondan yaranır. Buna əsasən o kompleksləri 3 qrupa bölür.

1)    ailədə həddən artıq sevgi,diqqət,qayğı görmüş uşaqlarda yaranan - üstünlük kompleksi;

2)    ailədə yetərincə qayğı,diqqət və sevgi görməyən uşaqlarda yaranan - aşağılıq kompleksi;

3)     fiziki qüsuru olan uşaqlarda yaranan komplekslər.

Aşağılıq kompleksinin bir forması da psixologiyada Merlin Monro sindromu adlandırılır. Merlin Monro sindromunun  bünövrəsi uşaq yaşlarında qoyulur. Belə ki,bəzi valideynlər övladlarını başqalarıyla müqayisə edir: “Nə üçün sən onun kimi deyilsən?”, “Onu özünə nümunə götür”, “O,daha bacarıqlı savadlı,səliqəlidir”, “sən başqa uşaqlar kimi deyilsən.səndə nəsə qaydasında deyil” və s. Beləliklə,uşaqlar valideynlərindən yetərincə, sevgi,diqqət, qayğı, dəstək hiss etmirlər və görmürlər.Bu da onlarda psixi travmalara səbəb olur və natamamlıq kompleksi  yaradır.Belə uşaqlar böyüdükcə bu çatışmazlıqlarını qəbul edir,həmişə valideynlərinin sonralar isə ümumiyyətlə heç kimin sevgisinə layiq olmadığını düşünür,özünə nifrət etməyə başlayır.Bu isə artıq merlin Monro sindromunun yaranmasından xəbər verir.Bu sindrom psixologiyada dünya şöhrətli aktrisa Merlin Monronun adıyla adlandırılıb.Bütün dövrlərin və xalqın arzulanan qədim olan M.Monro aşağılıq kompleksindən əziyyət çəkirdi. O, ürəyinin dərinliyində gözəl və sevgiyə layiq olduğuna inanmırdı.Gözəlliyinə və nailiyyətlərinə baxmayaraq o,güzgüyə  baxarkən özünü uğursuz ,xoşbəxtliyə layiq olmayan,tənha biri kimi görürdü. Uşaq yaşlarında onu dəfələrlə incitdiklərinə,təhqir və təzyiq etdiklərinə görə, o,vaxtının çoxunu insanları onu sevməyə necə məcbur etməyə həsr edirdi. Əsl adı Norma Jean olan Merlin Monronun (1926-1962) uşaqlıqda yaşadığı faciəli həyatı onun psixikasında travma yaratdı ki, bu da aşağılıq kompleksinin yaranmasına və daha da inkişaf edib dərinləşməsinə səbəb oldu.Bundan xilas olmaq üçün o,özündə mümkün olan hər şeyi dəyişdi - adını,bədən formasını,həyat tərzini və s. M.Monro yaşadığı illər ərzində 20 - dən çox əməliyyat keçirdi və 7 dəfədən çox intihara cəhd etdi.

Merlin Monro sindromu olan yeniyetməlik və gənclik yaşlarında özünü sevilməyə layiq hesab etməyən belə yeniyetmə və gənclər əks cinsdən olan həmyaşıdları ilə normal sevgi münasibətləri qura bilmirlər.Bu sindromlu insanlar onların sevgisindən daim imtina edən və onlara sevgi ilə qarşılıq verməyən partnyorlarla əlaqə yaratmağa sanki məhkumdurlar.Onlar belə hesab edirlər ki,əks cinslə normal,sağlam qarşılıqlı sevgi ilə münasibət qura bilməzlər.Məhz buna görə də M.Monro bir neçə dəfə uğursuz ailə həyatı qurmuşdur.Hər dəfə həyat yoldaşlarından ayrılanda o,özünü daha bədbəxt hiss edirdi. Münasibətlərinin korlanmasında həmişə özünü günahkar hesab edir və sevgiyə layiq olmadığını düşünürdü.O,öz gündəliyində yazırdı: “Həyat mənə öyrətdi ki, bir insan bütün həyatı boyu başqa birini həqiqətən sevə bilməz”.Bu sindromlu insanlar evləndikdən sonra da bu hal davam edir. Onlar öz övladlarında da bu sindromu yaradırlar.Belə ailələrdə ailə üzvləri arasında ünsiyyət çox az olur,onlar yaranan problemi nəinki həll edir, hətta maskalayırlar.Verilən vədlərə heç vaxt əməl olunmur.Hər bir ailə üzvünün özünəməxsus sirrləri olur.

Merlin Monro özü bu sindromun öhdəsindən gələ bilməsə də müasir psixologiyada bunu aradan qaldırmaq mümkündür. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:

  • Özünü sevmək;
  • Bütün həyatı boyu sağlam olmağı vacib hesab etmək və bunun üçün çalışmaq;
  • Özünə hörmət etmək;
  • Öz qayğısına qalmaq;
  • Özünə inanmaq;
  • Həyatını yaxşı mənada dəyişdirəcək fikirləri qəbul etmək;
  • Öz həyat tərzindən zövq almaq;
  • Öz sindromuna qalib gəlmək üçün özünə söz vermək.

 Adlerə görə üstünlük duyğuları aşağılıq duyğularının nəticəsidir. İnsanların aşağılıq kompleksinə qalib gəlməsi,həyatını fərqli formada yaşaması və özünün fərdi inkişafına nail olması üçün üstünlük duyğusu motivəediçi amildir. Kəkələmək,ürək xəstəlikləri, karliklik,bəzi fiziki qüsurlar və xəstəliklər anadangəlmə yaxud qazanılma ola bilər .Bu aşağılıq duyğularına səbəb olan faktorlardır.Adlerə görə önəmli olan şəxsin bu qüsurlarını necə qarşılaması və onun həyat tərzinə necə təsir göstərməsidir. Onun fikrincə bu qüsurların yaratdığı aşağılıq kompleksi insanın gələcək həyatında onun fərdi inkişafını motivəedəcək faktorlardır.




8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.