MBNP-da Dünya Bankı ilə görüş keçirilib  10 Aprel, 2017  12:40

MBNP-da Dünya Bankı ilə görüş keçirilib 10 Aprel, 2017 12:40
10 2017 15:40

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı “Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – Faza 2” (FSMP2) ikinci missiyasının nəticələrinə dair Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan “Report”a verilən məlumta görə, görüş zamanı FSMP-2 layihəsinin icrasının uğurla davam etdiyini vurğulayan R.Aslanlı, layihə çərçivəsində bank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni formatı və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımları yüksək qiymətləndirdiyini bildirib.

Missiya üzvləri prudensial siyasət və metodologiya sahəsində yaradılan yeni layihənin mövcud metodoloji rəhbərliklə müqayisədə xeyli praktik olduğunu bildiriblər və bu istiqamətdə müvafiq tövsiyələr veriblər.

Görüşdə FSMP-2 layihəsinin ikinci missiyası çərçivəsində ümumilikdə görülmüş işlərlə bağlı hər iki qurum tərəfindən məmnunluq bildirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.