Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.
REALPRESS.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
A.Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.