lk xəbər saat 15:16-da yayılıb
Bakı. Trend:
Liviya təyyarəsini qaçıran şəxslərin tələbi məlum olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar Müəmmər Qəddafinin oğlunun həbsdən azad edilməsini tələb edirlər.
X X X
16:15
Maltada Liviyanın "Afriqiyah Airways" şirkətinə məxsus təyyarəni qaçıran şəxslər girov götürdükləri sərnişinləri buraxıblar.
Bu barədə Trend "Sky News Arabia" telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, hazırda təyyarədə yalnız ekipaj üzvləri girov saxlanılıb.
Misirin "Dot Masr" xəbər portalı Liviya mənbələrinə istinadən məlumat verir ki, təyyarəni qaçıranlar Liviyanın mərhum lideri Müəmmər Qəddafinin tərəfdarları ola bilər.
X X X
15:16
Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılaraq Maltada eniş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Maltanın Baş naziri Cozef Muskat bildirib.
Məlumata əsasən, Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı tərəfindən qaçırılıb. Təyyarədə 118 nəfərin olduğu deyilir.
Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyirlər.
Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.