Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasında iştirak edib

Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasında iştirak edib
08 2017 09:00

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinin həyata keçirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.

İsmayıllı rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış 1.7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə bağı İsmayıllı rayonunda yaşayan 3 aztəminatlı ailə arasında bölünüb və təmənnasız olaraq I qrup Qarabağ müharibəsi əlili Vüsal İsmayılov, II qrup Qarabağ müharibəsi əlili Rahim Əliyev, şəhid ailəsinin üzvü Nurəddin Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və öz maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Gələcəkdə layihənin ölkəmizin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.


15 Okt 2024
Siyasət

Tural Novruzov: "Şuşada yeni yaşayış binaları tikiləcək"

Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam etdiriləcək.

15 Okt 2024
Siyasət

İlham Əliyevin hakimiyyətə gəlişi region üçün yeni eranın başlanğıcı oldu

21 il əvvəl İlham Əliyevin hakimiyyətə gəlişi, istisnasız olaraq, bütövlükdə region üçün yeni eranın başlanğıcı demək oldu.

15 Okt 2024
Siyasət

Azərbaycan və Rusiya baş nazirləri strateji tərəfdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

15 Okt 2024
Siyasət

Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalanıb

"Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb".

15 Okt 2024
Siyasət

Azərbaycan və Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Albaniya arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.