“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”-də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.
REALPRESS.Az xəbər verir ki, bu barədə Report-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.
“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyə G.Əliyeva əlavə edib.
Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.
"Yanvarın 29-da keçirilən seçkidə 685 bələdiyyəyə 8 071 üzvü seçilib".
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Kürdəmir, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.