Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin vəfatının 13-cü ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, sonra böyük rəhbərin adını daşıyan mərkəzdə onun siyasi fəaliyyətini və ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olub, “Tarixin Heydər Əliyev zirvəsi” adlı qısametrajlı sənədli filmə baxıblar.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçsı Rövşən Bağırov Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan, qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
Heydər Əliyev dühası nəticəsində qazanılan dövlət müstəqilliyimizin Azərbaycanın tarixində ən böyük nailiyyət olduğu vurğulanıb, böyük rəhbərin dövlətçiliyimiz naminə gördüyü işlər xatırlanıb.
Qeyd olunub ki, azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən Ulu Öndərin əbədiyyətə qovuşmasından 13 il ötsə də, onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibələrin və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.
Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun “Heydər Əliyev və Azərbaycan təhsili”, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasovun “Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında”, Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Mehriban Xanəliyevanın “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzularında məruzələri dinlənilib.
Rayon ağsaqqalı Əliənnağı Əliyev Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti barədə danışıb. Bildirib ki, xalqımızın ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb, dövlətçiliyimizi məhv olmaqdan xilas edib. Ulu Öndər məhz bu xeyirxah əməllərinə görə xalqın ürəyində əbədi ölməzlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyev Orxan Çingiz oğlu Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.