Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi

Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi
31 2017 12:07

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.

Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.


30 Mar 2023
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

30 Mar 2023
Cəmiyyət

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 30 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

30 Mar 2023
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.