Le Penin prezident seçilməsi avronu 7-12% ucuzlaşdıracaq - PROQNOZ

Le Penin prezident seçilməsi avronu 7-12% ucuzlaşdıracaq - PROQNOZ
27 2017 16:34

Marin Le Pen Fransada keçirilən prezident seçkilərində qələbə qazandığı təqdirdə avronun dollara nisbətən məzənnəsi 15 illik minimuma enəcək. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçı və analitiklərin konsensus-proqnozunda qeyd edilib.

Onların fikrincə, Le Penin prezident seçilərsə, ilk mərhələdə avronun məzənnəsinin dinamikası "Brexit"dən sonra müşahidə olunan funtun dinamikasına analoji olacaq.

38 respondentdən 23-ü hesab edir ki, Le Penin qələbəsindən 1 gün sonra Avrozonanın vahid valyutasının məzənnəsi 1 dollara, hətta bundan da aşağı enə bilər. Beş respondent isə qeyd edib ki, avronun 0,95 dollar səviyyəsindən də aşağı enməsini gözləmək olar.

Təbii ki, avronun məzənnəsinə mənfi təsir edən əsas amillər Le Penin Fransanın Avrozonanın tərkibindən çıxmasını nəzərdə tutan referendumun keçirilməsinin tərəfdarı olmasıdır.

Qeyd edək ki, sonuncu dəfə dollarla avro arasında paritet 2002-ci ildə qeydə alınıb. Hazırda avronun 1,08 dollar olduğunu nəzərə alsaq, paritetin yaranması avronu dollara nisbətən 7% ucuzlaşdıracaq. Avronun 0,95 dollar səviyyəsinədək geriləməsi isə 12%-lik ucuzlaşma deməkdir.

Yeri gəlmişkən, iqtisadçıların fikrincə, Le Penin qələbə qazanma ehtimalı 20%-ə bərabərdir. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.