Kyodonun versiyasına görə, D.Trampın qələbəsi və İmperatorun tarixi müraciəti ilin ən mühüm hadisələridir

Kyodonun versiyasına görə, D.Trampın qələbəsi və İmperatorun tarixi müraciəti ilin ən mühüm hadisələridir
24 Dek 2016 11:48

Kyodo informasiya agentliyinin versiyasına görə, Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ Prezidenti vəzifəsinə seçkilərdə qələbəsi və Yaponiya İmperatoru Akihitonun avqustun 8-də taxt-tacdan könüllü imtinası ilə əlaqədar tarixi müraciəti başa çatmaqda olan 2016-cı ilin ən mühüm hadisələridir.

Agentliyin yaradıcı nümayəndələri, Yaponiyanın mühüm nəşrlərinin və teleşirkətlərinin təmsilçiləri beynəlxalq və daxili xəbərlərin reytinqini tərtib ediblər. Buraya ilin ən mühüm 20 hadisəsi daxil olunub.

Beynəlxalq xəbərlərin ikinci sətrində yeri Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə əlaqədar referendumun nəticələri tutur. Üçüncü yerdə Koreya Respublikasının Prezidenti Pak Kın Henin baş verən qalmaqal fonunda tutduğu vəzifədən getməyə hazır olması barədə bəyanatı gəlir. Dördüncü yerdə cari ildə Kubada baş vermiş iki mühüm hadisə - Prezident Barak Obamanın bu ölkəyə səfəri və Fidel Kastronun vəfatı durur. Beşinci sırada Belçika, Fransa, Türkiyə və Banqladeşdə törədilən terror aktları nəticəsində yeddi nəfər Yaponiya vətəndaşının həlak olması gəlir.

Beynəlxalq hadisələrin ilk onluğunu “Panama sənədləri”, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə Paris razılaşması, KXDR-in nüvə və raket sınaqları, Haaqa beynəlxalq arbitrajının Cənubi Çin dənizində Çinin torpaq iddialarını rədd etməsi, həmçinin Bodi Dilanın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülməsi tamamlayır.

Yaponiyada baş verən mühüm hadisələr siyahısında ikinci yerdə cənub-qərb adası Kyuşuda yerləşən Kumamoto prefekturasında apreldə baş verən zəlzələ gəlir. Həmin faciə zamanı stresslərdən və həyəcandan baş verən ağırlaşma daxil olmaqla ümumilikdə 150 nəfərin dünyasını dəyişdiyi bildirilir. Kyodo buraya Tottori prefekturasında oktyabrda baş vermiş zəlzələni də daxil edib.

Üçüncü pillədə iyulda parlamentin yuxarı palatasına seçkilər zamanı hakim Liberal-Demokratik Partiyasının və onun koalisiya tərəfdaşı Yeni Komey Partiyasının qələbəsi yer alıb. Məhz bu qələbə nəticəsində mandatların üçdə ikisini əldə edən hakim koalisiya Konstitusiyaya dəyişikliklər etmək üçün referendum keçirmək barədə niyyətini həyata keçirə biləcək.

Kyodonun redaktorlarının qənaətinə görə, dördüncü yeri ABŞ Prezidenti Barak Obamanın Hiroşimaya səfəri tutur. B.Obama 1945-ci ilin avqustunda atom hücumu nəticəsində on minlərlə insanın həlak olduğu bu şəhəri ziyarət edən ilk ABŞ Prezidenti olub.

Siyahıda beşinci sırada Kanaqava prefekturasının Saqamihara şəhərində iyulun 26-da baş vermiş kütləvi qətl hadisəsi gəlir. Həmin gün müəssisənin keçmiş əməkdaşı Satoşi Uematsu sabiq həmkarlarını hərəkətsiz hala gətirərək buradakı 19 köməksiz pasiyenti qətlə yetirmişdi. Bu faciə II Dünya müharibəsindən sonrakı Yaponiya tarixində ən kütləvi qətl hadisəsi kimi qeydə alınıb.

Yaponiya barədə ən mühüm 10 xəbər siyahısına, həmçinin bu ölkədə seçkilərdə səsvermə həddinin 18 yaşa endirilməsi, Yaponiya Bankının mənfi qeydiyyat dərəcəsini tətbiq etməsi, Braziliyada keçirilən Olimpiadada yapon idmançılarının uğurlu çıxışı, yapon özünümüdafiə qüvvələrinin Cənubi Sudanda sülhməramlı missiyası, Tokionun qubernatoru vəzifəsinə ilk xanım Yurike Koikenin seçilməsi də daxildir.


18 Yan 2025
Dünya

Neftimiz bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,36% azalaraq, 84,37 ABŞ dolları olub.

18 Yan 2025
Dünya

Bu saatdan etibarən Qəzzada atəşkəs tətbiq olunacaq

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsinin ardından Qətər Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin sabah səhər saat 09:30-da qüvvəyə minəcəyini açıqlayıb.

17 Yan 2025
Dünya

Qəzzadan ilk girovlar yanvarın 19-da azad edilə bilər - YENİLƏNİB

İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər.

17 Yan 2025
Dünya

Sloveniya XİN başçısı Ukraynada səfərdədir

Sloveniya xarici işlər naziri (XİN) Tanya Fayon Ukraynada səfərdədir.

17 Yan 2025
Dünya

Qırğızıstanda 2030-cu ilədək Milli İnkişaf Proqramı qəbul ediləcək

Qırğızıstan bu il 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli İnkişaf Proqramını qəbul edəcək.