Kulturoloq: Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur

Kulturoloq: Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur
02 2017 12:27

“Novruz bayramında qapılara papaq atmaq düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlamasında deyib:

“Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də, təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

A.Əhmədlinin bu iddiası cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun bu təklifini təqdir etsələr də, digərləri bunun əleyhinə çıxaraq populist çıxış olduğunu bildiriblər.

Tanınmış kulturoloq İlqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında papağın qapıya atılması məsələsinə münasibət bildirərək, bunda pis heç nə görmədiyini vurğulayıb: “Xalqın içindən gələn adət-ənənələri xalqa heç kim unutdura bilməz. Bu adət-ənənələr dünən də olub, bu gün də var, sabah da olacaq. Bu xalqın genindən gələn bir şeydir və belə də qalacaq. Adət-ənənəni mütləq şəkildə gələcək nəsillərə ötürmək lazımdır”.

Kulturoloq qeyd edib ki, əvvəllər dərvişlər evləri gəzərək xurcunlarını şirniyyatla, nemətlərlə doldururmuşlar: “Hətta bizim kəndə də dərvişlər gəlirdi. Qapıya gələn insanları əliboş qaytarmaq olmaz”.

“Papaq atmaq həmişə olub və olacaq da. Hər şeyi qeyrətə yazsaq, çox şeyi etməməliyik. Papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur. Əksinə, xoş əhval-ruhiyyə yaratmaq üçün edirlər. Bu, rəmzi xarakter daşıyır”, - İlqar Hüseynov deyib. Kulturoloqun iki devalivasiyadan sonra hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq bayramın daha təmtəraqlı keçirilməsinə münasibəti belə olub:

“Xalq ən çətin günlərində də, hətta müharibə vaxtı da bu bayramı qeyd edib. Bu gün bolluqdur. Çörək boldursa, deməli, bayramı qeyd edə bilərik. Ən çətin yaşayan ailə də öz bayram süfrəsini aça bilir. Adət-ənənəmizi qorumalıyıq”. 


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.