Küləkli havada dənizə aparılan neftçilərlə bağlı – AÇIQLAMA

Küləkli havada dənizə aparılan neftçilərlə bağlı – AÇIQLAMA
31 2017 13:36

Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib. 

REALPRESS.Az Lent.az-a istinadən xəbər verir ki, dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür.

SOCAR-ın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, adi günlərdə dənizdəki platformalara maksimum 5 helikopter uçuşu nəzərdə tutulsa da, bu gün 3 uçuş planlaşdırılır:

“Helikopter xidmətini göstərən şirkət icazə verildiyi halda dənizə uçuşların mümkün olduğunu bildirib və bu günə 3 reys planlaşdırılıb.

Reyslərdən ikisi günortaya kimi, digəri isə günortadan sonra baş tutacaq və neftçilərimizin növbə dəyişməsini həyata keçirəcək. Bununla belə, neft platformalarında bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir”.

Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı neftçilərin adi günlərdə olduğu kimi Zabrat hava limanına çağırıldığını, uçuş olmasa da, burada gözləməli olduqlarını deyib.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.