Kot-Divuarda əsgər qiyamı

Kot-Divuarda əsgər qiyamı
07 2017 17:39

Yanvarın 7-də səhər saatlarından etibarən Kot-Divuarın ən böyük ikinci şəhəri olan Buakedə atışma və partlayış səsləri eşidilir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yanvarın 6-da burada əməkhaqlarının qaldırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən ehtiyata buraxılmış əsgərlərin üsyanı başlayıb. Etirazçılar silah anbarlarını ələ keçirib, həmçinin Burkina-Faso və Malidən yüklərin gətirilməsi üçün istifadə olunan əsas yolları nəzarətə götürüb. Şəhər demək olar ki, qiyamçıların nəzarəti altındadır.

DAloa və Korhoqo şəhərlərindəki hərbçilər də qiyama qoşulub. Onlar şəhərlərin küçələrinə çıxıb, təhlükəsizlik qüvvələrinin qulluqçuları isə öz postlarını tərk ediblər. Abican şəhərində yerləşən hərbi qərargahdan verilən məlumata əsasən, Buake şəhərindəki hərbçilərə kömək göndərilib.


10 Avq 2026
Dünya

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

10 Avq 2026
Dünya

Bolqarıstanda silah zavodunda partlayış olub

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

10 Avq 2026
Dünya

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

10 Avq 2026
Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.

10 Avq 2026
Dünya

Valyuta məzənnələri onlayn

Bu gün üçün ən yaxşı valyuta məzənnələri. Azərbaycanın banklarında onlayn rejimdə sərfəli valyuta məzənnələri.