Respublikanın Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanov Tərtər rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışıb, rayon sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Sonra konsert proqramı təqdim olunub. Rəngarəng musiqi nömrələri cəbhə bölgəsinin sakinləri və hərbçilərdə xoş ovqat yaradıb.
“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 107 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.