Komitə: Münaqişəli ailələrdə uşaqların hüquqlarının qorunması gücləndirilməlidir

Komitə: Münaqişəli ailələrdə uşaqların hüquqlarının qorunması gücləndirilməlidir
30 2017 17:49

Yerli icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericlikdə göstərilən səlahiyyətlərini işlək vəziyyətə gətirmək lazımdır.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq məsələləri üzrə mərkəzi orqan olsa da, komitənin yeri şöbələri yoxdur. Buna görə də hazırda rayonlarda uşaq hüquqlarını müdafiə edən orqanlar ilk növbədə yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalardır.

T.İbrahimova bildirib ki, bu komissiyaların tərkibində bütün aidiyyatı qurumların – Təhsil, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin nümayəndələri var:

“Uşağa qarşı zorakılıq halları olanda bu komissiya tədbirlər görməlidir. Lakin problemlərdən biri odur ki, komissiyanın 9-11 üzvü olsa da, onun daimi fəaliyyət göstərən, ştat üzrə 2 işçisi var. Təbii ki, 2 nəfərlə rayonun bütün əhalisinə nəzarət edilə bilməz. Buna görə də bu, ilk növbədə vətəndaşların həssaslığından asılı olan məsələdir. Əgər təhsil müəssisəsinin, qohumun, yaxud qonşunun zorakılıq faktı barədə məlumatı varsa, bu barədə məlumat verilməlidir. Ancaq vaxtında məlumat ötürülmür. Ona görə də problem bundan qaynaqlanır. Əgər vaxtında məlumat verilsə, komissiya vaxtında tədbirlər görə bilər”.

Onun sözlərinə görə, həmin komissiyaların lazım olduqda inzibati tədbirlər görmək səlahiyyətləri də var:

“Bu komissiyaların tam səlahiyyəti var ki, uşaqların həyatı üçün təhlükə yarandıqda onu dövlət müəssisəsinə yerləşdirsin, valideynin valideynlik hüququndan məhrum edilməsi məsələsini məhkəmədə qaldırsın. Əslində, qanunvericilikdə bu cür mexanizmlər var. Ancaq bunları daha işlək vəziyyətə gətirmək lazımdır”.

Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailə qeydiyyata götürüldüyünü xatırladan T.İbrahimova qeyd edib ki, yerlərdə münaqişəli ailələrin uşaqlarının hüquqlarının qorunması ilə bağlı profilaktik işlərin gücləndirilməsinə ehtiyac var.

Komitə rəsmisi hesab edir ki, uşaq hüquqlarını müdafiə edən dövlət qurumları tərəfindən uşaq hüquqları, valideyn-uşaq münasibətləri ilə bağlı profilaktik tədbirlərin həyata keçirilməsi çox vacibdir:

"Yerlərdə uşaq hüquqlarının pozulması ilə bağlı məlumatlar uşaq hüquqlarını müdafiə edən təşkilatlara vaxtında verilməlidir. Daha ağır hallar olduqda isə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Lakin üçüncü şəxslər, ailənin üzvü uşaqların pozulmuş hüquqları ilə bağlı məlumat vermirlər. Hətta uşaqlarıın özlərinin müraciət etmək hüququ olsa da, bunu etmirlər. Hesab edirlər ki, uşağı ilə münasibətinin necə qurulmasını valideyn özü bilər. Lakin bu cür yanaşmalar sonda ağır nəticələrə, hətta ölüm hallarına gətirib çıxarır. Təəssüf ki, bu gün Azərbaycanda belə problemlər var”.

T.İbrahimova əlavə edib ki, 2016-cı ildə yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət törədilib. Onlardan 3-ü ailə-məişət zəminində baş verib.

Qeyd edək ki, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaiqşə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.