Məşhur italiyalı hakim Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.
AZƏRTAC İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, o, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Kollinadan başqa, qurumda daha 10 nümayəndə calışacaq. Onlar qaydaların təkmilləşdirilməsi, izahı, yenilənməsi, eləcə də FIFA-nın himayəsi altında keçirilən oyunlara hakim təyinatı ilə məşğul olacaqlar.
Eyni zamanda, UEFA-da hakimlik məsələləri üzrə baş komissar kimi çalışan Kollina 6 dəfə (1998-2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib.
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.
Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.