“Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı təsdiq edilib. APA-nın xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, orta ixtisas təhsil müəssisələrinin rəhbərləri “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı işdə rəhbər tutacaqlar.
Əmrə görə, Təhsil Nazirliyinin 07. 08. 1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələblər sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilib.
Azərbaycan mediasi ötən 150 ildə çox şərəfli yol keçib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".