Kiyev meriyasının binasında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, İraq və Qırğızıstanın Ukraynadakı səfirliklərinin birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş sərgi və konsert keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Ukraynanın dövlət və hökumət rəsmilərinin, diplomatık korpus nümayəndələrinin qatıldığı bayram tədbirində Azərbaycanın Ukraynandakı səfirliyinin müşaviri Elman Bağırov, Türkmənistanın səfiri Nurberdi Amanmuradov, Türkiyənin baş elçisi Yönet Can Tezel və digər ölkələrin səfirləri çıxış edərək, vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Novruz bayramı dünyada sülhün və əmin-amanlığın, həmrəyliyin və birliyin rəmzinə çevrilib.
Bayram tədbirində Ukraynada fəaliyyət göstərən Azərbaycan, türk, özbək, İraq, qırğız, qazax və digər xalqların milli rəqs və mahnı ansambllarının ifasında rəngarəng konsert proqramı təqdim olunub.
Şənlikdə tədbirə qatılan səfirliklər təmsil olunduqları xalqların Novruz adət-ənənələrini özündə əks etdirən sərgi nümayiş etdiriblər.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.