Britaniya alimləri bildiriblər ki, kişilər və qadınlar depressiyanın öhdəsindən fərqli yolla gəlirlər. İnsanların əksəriyyəti sakitləşməyi yeməkdə görür.
AZƏRTAC “svopi.ru” saytına istinadla xəbər verir ki, müvafiq eksperimentdə 115 kişi və 250 qadın iştirak edib. Müəyyən edilib ki, zərif cinsin nümayəndələrinin yarıdan çoxu özünü sakitləşdirməyi yeməkdə görür, kişilər arasında belələri 30 faiz təşkil edir. Depressiyada olan qadınların 11 faizi, kişilərin isə 27 faizi pozğun həyat tərzi sürməyə başlayır.
Mənəvi sarsıntılardan sonra özünə gəlmək qadınlarla müqayisədə kişilər üçün daha asandır. Qızlar, bir qayda olaraq, yaşadıqları bütün hiss-həyəcan barədə rəfiqələrinə danışırlar ki, bu da onların stress halında olduqları dövrü uzadır.
Bir qayda olaraq, kişilər işdəki problemə, qadınlar isə şəxsi həyatdakı problemə görə psixoterapevtə müraciət edirlər. Bununla belə, kişilər mütəxəssisə qızlarla müqayisədə daha az müraciət edirlər. Kişilərin həyatla vidalaşma hallarına qadınlarla müqayisədə dörd dəfə çox rast gəlinir.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.